Azərbaycanda uşaqların hüquqi biliklərinin artırılması istiqamətində görülən işlərə baxmayaraq, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır.


 


Sfera.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində deyib.


 


Baş prokuror bildirib ki, aparılan sosioloji sorğular və tədqiqatlar prokurorluğun gündəlik fəaliyyətində rast gəlinən problemləri bir daha təsdiqləyir.


 


“Əsas problemlərdən biri uşaqların hüquqi savadlılığının aşağı olması və maarifləndirmə işlərinin kifayət qədər effektiv qurulmamasıdır. Bu istiqamətdə fəaliyyət daha da gücləndirilməlidir”, - Kamran Əliyev vurğulayıb.


 


Firuzə Əliyeva

Sfera.az