15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günləri olduğundan, Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı istiqamətlərində hərəkət edən qatarlar şənbə-bazar günlərinin qrafikinə uyğun işləyəcək.


 


Sfera.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları-nın məlumatına əsasən, sərnişinlər bu günlər üçün tətbiq ediləcək hərəkət cədvəli ilə qurumun rəsmi internet səhifəsi və "ADY Mobile" tətbiqi vasitəsilə tanış ola bilərlər. \milli.az