“Apple” yeni əməliyyat sistemi olan “iOS 27”-ni təqdim edib. Yenilənmə ilə “iPhone” istifadəçilərinin uzun müddətdir narazı qaldığı vacib məqamlardan biri aradan qaldırılıb. 


 


Sfera.az xəbər verir ki, “iOS 27” ilə istifadəçilər artıq zəng, bildiriş və siqnal səslərinin səsini bir-birindən müstəqil şəkildə tənzimləyə biləcəklər.


 


Yeni sistem sayəsində zəng səsləri, siqnallar, taymerlər və sistem bildirişləri üçün ayrıca səs səviyyəsi təyin etmək mümkün olacaq. Həmçinin mesaj bildirişləri, klaviatura klikləri və kamera çəkim səsi kimi sistem səsləri də ümumi zəng səsindən asılı olmayaraq idarə ediləcək.


 


“Apple” bildirir ki, istifadəçilər “Zəng səsi səviyyəsi ilə uyğunlaşdır” funksiyasını söndürdükdə bu dəyişiklik oyanış siqnalına və ayrıca idarə olunan digər siqnallara təsir etməyəcək.


 


Hazırda hər bir siqnal üçün ayrıca səs səviyyəsi təyin etmək imkanı təqdim olunmasa da yeni yenilənmə istifadəçilərə daha geniş nəzarət və fərdiləşdirmə imkanları verəcək.


 


Qeyd edək ki, “Apple”-ın “iOS 27”ilə təqdim etdiyi bu funksiya “Android” smartfonlarında uzun illərdir mövcuddur.


 


Mənsumə 

Sfera.az