Türk televiziya tarixinin unudulmaz layihələrindən biri olan “Həkimlər” serialında Ela və Zenan obrazları ilə tanınan Yasemin Ergene və Melike Güner illər sonra yenidən bir araya gəlib.


 


Sfera.az xəbər verir ki, uzun illərdir davam edən dostluqları ilə seçilən iki məşhur aktrisa Melike Günerin ad günü mərasimində görüşüblər. Onların səmimi anlarını əks etdirən fotolar sosial şəbəkələrdə paylaşıldıqdan sonra qısa zamanda böyük marağa səbəb olub və gündəm mövzusuna çevrilib.


 


Pərəstişkarlar “Həkimlər” serialının ikonik personajlarını yenidən bir arada görməkdən məmnunluqlarını ifadə ediblər. Paylaşılan görüntülər həm nostalji hissləri oyadıb, həm də aktrisaların illər ərzindəki dəyişimi və davam edən dostluqları geniş müzakirələrə səbəb olub.


 


Mənsumə

Sfera.az