90-cı illərin tanınmış türk pop ifaçılarından biri olan Çelik Erişçi son paylaşımı ilə yenidən gündəmə gəlib. Müğənninin Samsunda küçə-küçə gəzərək tullantı kağız topladığı görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, ifaçı həmin anları şəxsi sosial media hesabında izləyiciləri ilə bölüşüb. Son dövrlərdə xeyriyyə işləri və ictimai mövzulardakı açıqlamaları ilə tez-tez gündəmə gələn Çelik bu dəfə də fərqli addımı ilə diqqət çəkib.
Müğənni paylaşımına “Xanım Serpil ilə birlikdə tam bir gün keçiririk” qeydi əlavə edib. Onun bu paylaşımı qısa müddətdə sosial şəbəkələrdə səs-küy yaradaraq müxtəlif reaksiyalara səbəb olub.
Mənsumə
Sfera.az