Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az bildirir ki, qəza hadisəsi Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Toyota" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər təcili tibbi yardım vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılara zəruri tibbi yardım göstərilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.