Milyarder Ceffri Epşteynin qurbanlarından biri şahzadə Endryu ilə Bukinqem sarayında nahara aparılıb. O, həmçinin şahzadə Beatrisin 18-ci ad günü məclisində də iştirak edib.
Sfera.az bildirir ki, Sarah Kahlan 2006-cı ildə Vindzor qəsrində Endryunun qızı üçün yetkinlik yaşına çatma məclisində iştirak etdiyini açıqlayıb.
Qadın mərhum cinayətkarla bağlı istintaqın bir hissəsi olaraq ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verib. Bu, Epşteyn tərəfindən zorakılığa və ya insan alverinə məruz qalan qurbanın kral iqamətgahlarına etdiyi səfərlər barədə ilk dəfə danışması olub.
Kahlan ifadəsi zamanı on ildən çox Ceffri Epşteyn tərəfindən cinsi və psixoloji cəhətdən istismara məruz qaldığını etiraf edib. O, həmçinin Epşteynin üç əməkdaşı tərəfindən istismara məruz qaldığını bildirib.
Eyni zamanda, Kahlan Şahzadə Endryunun ona qarşı hər hansı uyğunsuz hərəkətlər etdiyini inkar edib. Lakin Kahlan Epşteynin digər əməkdaşı Ghislaine Maxwellin adını çəkərək, onun tərəfindən istismara məruz qaldığını iddia edib:
"Düşünürəm ki, o (Maxwell – red.) belə desək, Ceffriyə dərs deyib və onu bir insan kimi formalaşdırıb, ona pulunu necə idarə etməyi göstərib"- deyə qadın bildirib.
Kahlanın sözlərinə görə, Maxwelldən əvvəl Epşteynin şəxsi təyyarələri və ya şəhər mülkü olmayıb.
Epşteynin qurbanı həmçinin iddia edib ki, 2008-ci ildə Epşteyn yetkinlik yaşına çatmayan uşağa cinsi təcavüz etdiyinə görə həbsxanada olarkən Maxwell onunla Şahzadə Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyuson arasında görüşlər təşkil edib.
Aynil