Tanatopraktik olan və eyni zamanda məhkəmə tibb bacısı kimi çalışan Oleq Karpa, morq işçilərinin bəzən cadu ilə məşğul olan insanların istəkləri ilə qarşılaşdıqlarını etiraf edib.


 


Sfera.az bildirir ki, altı ildir morqda işləyən bir kişi cadugərlərin morqlarda nələri axtardıqlarından danışıb.


 


Onun sözlərinə görə, insanlar ona "ölü suyu" (cəsədi yumaq üçün istifadə olunan su - red.) və hətta sehrli rituallarda istifadə olunan cəsəd dırnaqlarını almaq üçün müraciət ediblər.


 


Oleq deyir ki, bu cür hallar çoxdur:


 


"Bəli, belə hallar olur. Rəislərim onları dərhal işdən çıxarırlar"- deyə o bildirir.


 


Belə insanlar mərhumla "işləmək" üçün də pul ödəməyə hazırdırlar.


 


"Onlar əsasən mərhumun yanında işləməyi xahiş edirlər - buna görə də cəsədlərə asanlıqla çata bilirlər"- deyə o izah edir.


 


Aynil