Əvvəllər yayımlanan və reytinqləri ilə böyük uğur qazanan “Həkimlər” serialında Levent obrazını canlandıran müğənni Kutsi illər sonra maraqlı etirafı ilə gündəmə gəlib. Serialda Yasemin Özilhan, Kutsi, Yağmur Atacan, Aysun Kayacı, Melike Güner və Bekir Aksoy kimi tanınmış aktyorlar rol alıb. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan ekran işində “Doktor Levent” və “Ela” arasındakı emosional və mürəkkəb sevgi xətti xüsusilə yadda qalıb. Leventin Eladan ayrıldığı səhnə isə illərdir sosial şəbəkələrdə müzakirə olunmağa davam edir.
Sfera.az xəbər verir ki, son günlər Kutsi canlı yayım zamanı həmin səhnə ilə bağlı gözlənilməz sualla üzləşib. Bir fanat ona “Eladan niyə ayrıldın?” deyə səslənib. Gözlənilməz sual qarşısında qısa müddət çaşqınlıq yaşayan sənətçi isə vəziyyətə yumorla cavab verib və diqqətləri üzərinə çəkib.
Kutsi həmin anlarla bağlı bildirib: “Amma bu sual deyil, başlıqdır. Niyə məni günahlandırırsınız? Bunu Leventdən soruşmalısınız. O səhnəyə görə 20 ildir ki, lənətlər eşidirəm”.
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirə olunub. Bir çox izləyici Kutsinin sözlərini paylaşıb serialın məşhur səhnəsini yenidən xatırlayıb və müxtəlif reaksiyalar verib.
Beləliklə, “Həkimlər” serialı yayımlandığı illərdən uzun müddət keçməsinə baxmayaraq, hələ də tamaşaçıların yaddaşında qalmağa davam edir.
Mənsumə
Sfera.az