Hər səhər içdiyimiz qəhvə yalnız zövqümüzü deyil, həm də xarakterimizi və daxili dünyamızı əks etdirir. Astrologiya mütəxəssislərinə görə, bürc işarələrinin unikal enerjiləri dad zövqümüzlə birbaşa bağlıdır və səhərlər seçdiyimiz qəhvə növü ruh halımızı ortaya qoyur.




Sfera.az bürclərin sevdiyi qəhvə növlərini oxucularına təqdim edir:




Qoç sürətli və qətiyyətli ruhuna uyğun güclü və birbaşa təsirli Espresso içməyi sevər. Buğa klassikləri sevən ruhuna uyğun kremli və tarazlı Kapuçino və ya Südlü Türk Qəhvəsi ilə seçilir. Əkizlər aktiv və dəyişkən təbiətinə uyğun təravətli və canlı Buzlu Amerikano içməyi seçə bilər. Xərçəng isti və nostaljik təbiətinə uyğun Affogato və ya klassik Türk Qəhvəsi ilə səhərə başlayar. Şir daxil olduğu hər mühitdə parlamayı sevən ruhuna uyğun diqqətçəkən və şirin Buzlu Karamel Makkiato idealdır.




Qız hər damlasında zərif tarazlıq olan sadə Filtr Qəhvəsi və ya Soyuq Dəmləmə ilə özünü rahat hiss edir. Tərəzi qərar verməkdə çətinlik çəkdiyi üçün harmoniyanı əks etdirən Mokka içməyi üstün tutur. Əqrəb atmosferi incəliklə valeh edən, qatlı və güclü ətri ilə Flat White və ya Americano seçir. Oxatan adi hər şeyə meydan oxuyan vizyoner ruhuna uyğun klassik olmayan və dəbli Matcha Latte ilə səhərə başlayar.




Oğlaq iddiasız və etibarlı təbiətinə uyğun Sadə Türk Qəhvəsi və ya Filtr Qəhvəsi ilə səhər rituallarını tamamlayır. Dolça qeyri-standartları sevən ruhuna uyğun modern və sərin Soyuq Dəmləmə seçir. Balıqlar isə intuitiv və paylaşımcı təbiətini əks etdirən hamar və laylı Latte ilə özünü ifadə edir.




Beləliklə, hər bürcün öz xarakterinə uyğun bir qəhvə zövqü var. Səhər içdiyimiz qəhvə təkcə zövqümüzü deyil, həm də ruh halımızı, enerjimizi və günün ritmini müəyyən edir. Bürcünüzə uyğun qəhvəni seçərək səhərinizi daha pozitiv və balanslı keçirə, gün boyu özünüzü daha motivasiyalı və rahat hiss edə bilərsiniz.


 


Mənsumə

Sfera.az