Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş 18 yaşını tamamlamalı, sürücülük məktəbində təlim keçməli, imtahan verməli və sağlamlıq haqqında arayış təqdim etməlidir.


 


Mövcud qaydalara əsasən, bütün tələbləri yerinə yetirən şəxslər sürücülük vəsiqəsi əldə edirlər.


 


Bəs bu vəsiqənin müddətsiz verilməsi nə dərəcədə doğrudur və mümkündürmü?


 


Sfera.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun Baku TV-yə bildirdiyinə görə, sürücülük hüququnun müəyyənləşdirilməsində əsas meyar yaş deyil, şəxsin sağlamlıq vəziyyətidir.


 


O bildirib ki, 70 yaşdan yuxarı sürücülər hər iki ildən bir tibbi müayinədən keçərək sağlamlıq haqqında arayış təqdim etməlidirlər.


 


Ekspert Elməddin Muradlı da hesab edir ki, sürücülük hüququ yaşa görə deyil, sağlamlıq göstəricilərinə əsasən qiymətləndirilməlidir. Onun fikrincə, görmə qabiliyyəti, psixoloji və fiziki vəziyyəti sürücülük üçün uyğun olan şəxslərin hüquqları məhdudlaşdırılmamalıdır.