Bu gün Bakı Kristal Zalında "Robot Challenge” adlı robototexnika yarışı keçirilib. Yarışa 87 regiondan iştirakçı qatılıb.
Bu barədə "Yeni Sabah"a tədbirin təşkilatçıları məlumat veriblər.
Tədbirdə məktəblilər, tələbələr, eləcə də robototexnika və mühəndislik sahəsinə maraq göstərən gənclər öz bacarıqlarını nümayiş etdiriblər. Yarışın əsas məqsədi innovativ düşüncəni təşviq etmək, gənclərin texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir. pizza mizza
Müsabiqə çərçivəsində iştirakçılar müxtəlif kateqoriyalar üzrə mübarizə aparıblar. Yarışlar Lego Sumo, Mini Sumo, Line Follower, Robot Bowling, RoboBoom və Freestyle kateqoriyaları üzrə təşkil olunub.
İştirakçılar hazırladıqları robotlarla müxtəlif tapşırıqları yerinə yetirərək qalib olmaq uğrunda yarışıb, layihələrini münsiflər heyətinə təqdim ediblər.
Qeyd edək ki, yarışları izləmək hər kəs üçün açıq olub və tədbir texnologiya həvəskarlarının böyük marağına səbəb olub. Yarış iki gün 13 və 14 iyun keçiriləcək.
Aytəkin Əzizqızı
Telegram kanalımız