Naxçıvan Dövlət Universitetinin "Xalq çalğı alətləri" kafedrasının dosenti, Əməkdar müəllim Zəminə Nəcəfova vəfat edib.


“Yeni Sabah” xəbər verir ki, bununla bağlı universitet məlumat yayıb.


Zəminə Məhərrəm qızı Nəcəfova 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. O, 1988-ci ildə Naxçıvan Orta İxtisas Musiqi Məktəbini, 1993-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib. Pepperoni pizza


Z.Nəcəfova 1991-2017-ci illərdə Naxçıvan Musiqi Kollecində kamança müəllimi kimi fəaliyyət göstərib. O, 2001-ci ildən Naxçıvan Dövlət Universitetində çalışıb, əvvəl müəllim, 2008-ci ildən baş müəllim, 2012-ci ildən isə dosent vəzifəsində işləyib.


Uzun illər təhsil və musiqi sahəsində fəaliyyət göstərən Zəminə Nəcəfova 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb.


Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və kollektivi mərhumun vəfatından kədərləndiklərini bildirərək ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Aytac Əliyeva



Telegram kanalımız