Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarından məzun olacaq tələbələrin təcrübələrinin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib.


Bu barədə "Yeni Sabah"a universitetdən məlumat verilib.


Cari tədris ilində təcrübənin yekun nəticəsi tədris və istehsalat təcrübələri üzrə toplanan balların ədədi ortalaması əsasında müəyyən ediləcək. Toyuqlu pizza


Yeni qaydaya əsasən, tələbələrin hazırladıqları hesabatlar təcrübə rəhbərinə təqdim olunacaq, əlavə müdafiə prosesi keçirilməyəcək.


Tələbə tədris təcrübəsindən 90, istehsalat təcrübəsindən isə 80 bal topladığı halda, yekun təcrübə qiyməti bu göstəricilərin ədədi ortası hesablanaraq 85 bal təşkil edəcək.


Aytac Əliyeva



Telegram kanalımız