“Mürəkkəb infrastruktur problemlərini sadələşdirərək izah edənlərin sayı artıb. İqlim dəyişiklikləri, yağış sularının idarə olunması, kanalizasiya sistemləri və qrunt suları ilə bağlı məsələlər emosional yanaşma ilə deyil, peşəkar təhlillə qiymətləndirilməlidir”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Facebook” səhifəsində yazıb.
O bildirib ki, şəhərlərin su təsərrüfatı və drenaj sistemləri bir gündə yaranmır: Pepperoni pizza
“Kənardan baxanda “boru çəkin”, “kollektor tikin”, “nasos qoyun” demək asan görünür. Halbuki bu sistemlərin arxasında hidrologiya, geologiya, şəhərsalma, mühəndis hesablamaları, kommunikasiya şəbəkələrinin koordinasiyası, maliyyələşmə və uzunmüddətli istismar kimi çoxsaylı amillər dayanır.
Bir çox hallarda cəmiyyətdə çaşqınlıq yaradan da məhz problemin özündən çox, onun haqqında səsləndirilən səthi fikirlər olur. Tənqid vacibdir, amma tənqid faktlara, məlumatlara və peşəkar yanaşmaya əsaslanmalıdır.
Şəhərlərin su təsərrüfatı və drenaj sistemləri bir gündə yaranmır, bir cümlə ilə də həll edilmir. Buna görə də belə mövzularda mühəndislərin, hidrologiyaların, şəhərsalma və kommunal təsərrüfat mütəxəssislərinin rəyi daha önəmli və daha dəyərlidir. Çünki görünməyən infrastruktur şəhərin həyat damarlarıdır”.
Nazim Hacıyev
Telegram kanalımız