Astrologiyaya görə bəzi bürclərin xarakter xüsusiyyətləri münasibətlərdə ünsiyyət və uyğunlaşmanı çətinləşdirə bilir. Xüsusilə emosional məsafə, qısqanclıq, tənqidçi yanaşma və azadlıq ehtiyacı bəzi kişi bürclərini tərəfdaşları üçün anlamağı daha çətin edir. Buna görə də onlar astroloji baxımdan ən çətin anlaşılan kişi bürcləri sırasında göstərilir.


“Yeni Sabah” xəbər verir ki, astrologiyada “ən çətin bürc” kimi dəqiq bir bölgü olmasa da, bəzi bürclərin xarakter xüsusiyyətləri münasibətlərdə daha çox səbir və anlayış tələb edir. Ünsiyyət tərzləri, hisslərini ifadə etmə formaları və münasibətlərə baxışları səbəbindən bəzi kişi bürcləri tərəfdaşlarını zaman-zaman çətin vəziyyətdə qoya bilir.


1. Əqrəb bürcü kişisi pizza mizza


Əqrəb bürcü kişiləri güclü emosiyaları və sirli xarakterləri ilə seçilir. Güvən məsələsində həssas olan Əqrəblər münasibətlərdə qısqanc və şübhəçi davranışlar sərgiləyə bilirlər. Hisslərini asanlıqla büruzə verməyi sevməyən Əqrəb kişiləri incik düşdükləri zaman özlərinə qapanırlar. Bu səbəbdən onlar tərəfdaşları üçün bəzən çətin anlaşılan biri ola bilirlər.


2. Dolça bürcü kişisi


Azadlığına düşkün olan Dolça bürcü kişiləri ənənəvi münasibət qaydalarını sevmirlər. Müstəqil davranmağı üstün tutan Dolçalar hisslərini açıq ifadə etməkdə çətinlik çəkə bilirlər. Bu vəziyyət bəzən tərəfdaşlarında uzaqlıq hissi yarada bilir. Dolça kişiləri münasibətlərdə romantik davranışlardan daha çox dostluğa və zehni uyğunluğa önəm vermələri ilə seçilirlər.


3. Qız bürcü kişisi


Mükəmməlliyyətçi xarakteri ilə seçilən Qız bürcü kişiləri detallara həddindən artıq önəm verdikləri üçün tez-tez tənqidçi mövqe nümayiş etdirə bilirlər. Nizamlı və planlı yaşamağı sevən Qız bürcü kişiləri həm özlərindən, həm də ətraflarından yüksək gözləntilərə sahib ola bilirlər. Bu xüsusiyyətləri bəzən tərəfdaşlarında təzyiq hissi yarada bilər.


4. Əkizlər bürcü kişisi


Dəyişkən xarakteri ilə tanınan Əkizlər bürcü kişiləri tez fikir dəyişdirmələri və qərarsız davranışları ilə diqqət çəkirlər. Daim yenilik axtarışında olan Əkizlər bürcü kişiləri rutinləşən münasibətlərdən tez darıxa bilirlər. Hisslərindəki sürətli dəyişikliklər isə tərəfdaşlarının onları anlamasını çətinləşdirə bilir.


5. Oğlaq bürcü kişisi


Oğlaq bürcü kişiləri nizam-intizamlı və məqsədyönlü xarakterləri ilə tanınırlar. Karyera və uğura böyük önəm verdikləri üçün bəzən emosional məsələləri ikinci plana ata bilirlər. Sadiq və etibarlı tərəfdaş kimi görünsələr də, hisslərini açıq ifadə etməkdə çətinlik çəkdikləri üçün münasibətlərdə uzaq bir görüntü yarada bilirlər. Romantik yönlərini göstərmələri isə çox vaxt uzun vaxt tələb edir.


Cəlalə Cəlalqızı



Telegram kanalımız