Xırdalan şəhərində uzunluğu 3300 metr olan yeni kanalizasiya kollektorunun inşasına başlanılacaq.
Bu barədə “Yeni Sabah”a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, layihə Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi çərçivəsində icra olunur. Sezar pizza
Layihə Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.
Layihə çərçivəsində Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev və Rəşid Behbudov küçələrində diametri 1400 millimetr olan, ümumi uzunluğu 3300 metr təşkil edən kanalizasiya xətti çəkiləcək. İşlərin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, tikinti mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi əməl ediləcək.
Yeni kollektorun istismara verilməsi tullantı sularının sutəmizləyici qurğulara ötürülməsini və təmizlənməsini təmin edəcək, eyni zamanda su hövzələrinin çirklənməsinin qarşısının alınmasına töhfə verəcək.
Aytac Əliyeva
Telegram kanalımız