Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Test imtahanında 606 müəllim iştirak edib, davamiyyət göstəricisi isə 98 faiz olub: Dominos pizza
"Bu gün keçirilən imtahanlarla bağlı apellyasiya müraciətlərinin qəbuluna iyunun 18-i saat 12:00-dan etibarən başlanılacaq. Proses və nəticələrlə bağlı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə müraciətlərini təqdim edə biləcəklər".
Apellyasiya müraciətlərinin qəbulu iyulun 18-i saat 12:00-dək davam edəcək. Müraciətlər araşdırıldıqdan sonra yekun nəticələr elan olunacaq. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 şəhər və rayonunda yerləşən ümumilikdə 35 imtahan mərkəzində təşkil olunur.
Aytac Əliyeva
Telegram kanalımız