İtaliyanın Baş naziri Corca Meloni bu həftə G7 sammitində siqareti tərgitdiyini açıqladıqdan sonra dünya liderlərindən tərif qazanıb.


"Yeni Sabah" xəbər verir ki, 49 yaşlı xanım əvvəllər siqaret çəkmə vərdişinə görə xəbərlərdə yer almışdı və ötən ilin oktyabr ayında zarafatla siqareti tərgitməyə məcbur edilsə, "kimisə öldürə" biləcəyini demişdi.


Bu gün o, kuluarlarda Almaniya kansleri Fridrix Mertzlə söhbət gündə 3 fincan qəhvə içməkdən söz açıb. Mertz zarafatla soruşub: "Bəs siqaret?" Pepperoni pizza


Meloni cavab verib: "Xeyr, mən tərgitdim".


Onun bəyanatı dünya liderlərindən dəstək alıb. Yaponiyanın Baş naziri Sanae Takaiçi də siqaret çəkəndir. O, vəzifədaşını tərifləyib: "Sən bunu bacardın. Bravo".



Telegram kanalımız