Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı çətin günlərdə ona göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyeva-ya təşəkkür məktubu ünvanlayıb.


“Yeni Sabah” xəbər verir ki, o, bu dəstəyin ailəsi üçün mənəvi dəyər daşıdığını bildirib:


“Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı. Toyuqlu pizza


Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.


Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram”.


Əsmətxanım Rzazadə



Telegram kanalımız