Vəkil Fərhad Mehdiyev qızı Zəhra Mehdiyevanın ölümü ilə bitən qəza motosikelt, moped, velosiped və skuterlərin paytaxt yollarında hərəkəti ilə bağlı çoxdan eninə-uzununa danışılan mövzunu önə çıxarıb.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov da eyni rəydədir:
“Avtomobillərin olduqca sıx olduğu Bakıda ikitəkərli nəqliyyat vasitələri üçün çox böyük təhlükələr var”. pizza mizza
O, “Yeni Sabah”a bildirib ki, avtomobil sürücüləri və ikitəkərli nəqliyyat vasitələri bir çox hallarda bir-birini sıxışdırır:
“Bu məsələdə hər iki tərəfin təqsiri var. Sürücülər yollarda sadəcə maşınlara yol verməyi düşünürlər. Amma ikitəkərli nəqliyyat vasitələrini görməzliyə vururlar, bəzən hətta onları sıxışdırırlar. Ona görə də hər iki nəqliyyat növünün iştirakı ilə qəzalar baş verir.
İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri, adətən, böyük sürətlə hərəkət edirlər. Onlar başa düşmür ki, Bakı kimi avtomobillərin olduqca sıx olduğu şəhərdə böyük sürətlə getmək olmaz”.
A.Rəhimov əlavə edib ki, ümumiyyətlə, motosikletlər təhlükəli nəqliyyat vasitəsi hesab olunur:
“Qanunvericilik motosiklet sürücülərinə 60-90 kilometr/saat sürətlə hərəkət etmək icazəsi verir. Amma bu sürəti hər küçə və yolda icra etmək mümkün deyil. Bu baxımdan, ikitəkərli nəqliyyat vasitələrindən istifadə edən şəxslər ehtiyatı əldən verməməlidir. Onların sürücüləri bilməlidir ki, idarə etdiyi nəqliyyat vasitələri təhlükəli nəqliyyat vasitəsi hesab olunur. Təkcə motosikletlər yox, skutterlər də tez-tez qarşı zolağa çıxır, piyadaların üzərinə sürürlər. Ona görə də, bu məsələdə hər iki seqmentə aid olan sürücülər bir-birinə qarşılıqlı hörmət göstərməlidir”.
Xatırladaq ki, iyunun 16-da vəkil Fərhad Mehdiyev qızı Zəhra Mehdiyeva faciəvi şəkildə həlak olub. Gənc qızın idarə etdiyi motosiklet yol kənarında dayanmış “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Ağır xəsarətlər alan Z.Mehdiyevanın həyatını xilas etmək mümkün olmayıb.
Nazim Hacıyev
Telegram kanalımız