Milli Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ATU məzunu olan, lakin rezidenturanı bitirmiş şəxslərin Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara yönləndirilməsi və bölgələrə göndərilməsini təklif edib.


Məzunların Təkmilləşdirmə İnstitutuna göndərilməsi niyə bu qədər vacibdir?


“Tibb təhsilinin baza mərhələsi nəzəri biliklərin əldə edilməsidir. Bu, ilkin olaraq Tibb Universitetində alınan təhsili əhatə edir. İkinci mərhələ isə rezidentura təhsilidir ki, bu da tibbi təhsilin ən yüksək pillələrindən biri hesab olunur. Bu mərhələdə gələcək həkimlər konkret ixtisas üzrə dərin bilik və praktiki vərdişlərə yiyələnirlər. Həkimlər müstəqil praktik fəaliyyətə əsasən bundan sonra başlayırlar”. pizza


Bu sözləri “Yeni Sabah”a tibb elmlər doktoru, professor Adil Qeybulla bildirib.


Onun sözlərinə görə, rezidentura təhsili almayan həkim öz ixtisası üzrə fəaliyyət göstərə bilməz:


“Sovet dövründə, Azərbaycanda rezidentura sistemi yaradılana qədər internatura adlı təcrübə proqramı mövcud idi. Həkimlər həmin mərhələni keçərək ixtisas qazanır, daha sonra təcrübə toplayaraq fəaliyyətə başlayırdılar.


Rezidentura keçmədən gənc həkimlərin regionlara göndərilməsi düzgün yanaşma deyil. Çünki regionlarda da peşəkar və ixtisaslı mütəxəssislərə ehtiyac var.


Amma hər şeydən vacib budur ki, rayonlarda işləyən həkimlər üçün müxtəlif stimullaşdırıcı tədbirlər tətbiq edilməlidir. Bu proses məcburi deyil, könüllülük və motivasiya prinsipləri əsasında qurulmalıdır. Əks halda, həkimlər ölkədən kənarda işləməyə üstünlük verə bilərlər”.


A.Qeybulla qeyd edib ki, həkim çatışmazlığı problemi dünyanın bir çox ölkəsində mövcuddur:


“Lakin həmin ölkələrdə müxtəlif təşviq mexanizmləri vasitəsilə problemin həlli istiqamətində uğurlu nəticələr əldə olunub. Azərbaycanda da bu məsələnin həlli üçün beynəlxalq təcrübədən faydalanmaq məqsədəuyğun olar”.


“Regionlarda demək olar ki, bütün ixtisaslar üzrə həkimlərə ehtiyac var”, - deyə A. Qeybulla mövzuya nöqtə qoyub.


Cəlalə Cəlalqızı



Telegram kanalımız