Aparıcı Nail Kəmərli ev şəraitində narkotik testlərinin aparılması ilə bağlı valideynlərə müraciət edib.


“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında yayımladığı videoda bir çox valideynin bu yöndə suallar ünvanladığını bildirib.


N.Kəmərli ev şəraitində narkotik istifadəsinin olub-olmamasını yoxlamanın üsulları barədə ümumi izah təqdim edib. pizza mizza


O vurğulayıb ki, narkomaniyaya qarşı mübarizədə ən effektiv yanaşma qabaqlayıcı tədbirlərdir:


“Gəlin övladlarımızın gələcəyini qoruyaq və onların narkotikin qurbanına çevrilməsinin qarşısını vaxtında alaq. Eyni zamanda, uşaqlar bilməlidirlər ki, ailə daxilində istənilən vaxt belə yoxlamalar aparıla bilər. Bu, nəzarət üçün deyil, onların sağlamlığı və təhlükəsizliyi üçündür”.


Aparıcı yayımladığı videoda bu testlərin satışda olduğunu və sidik nümunəsi vasitəsilə fərqli narkotik maddələrin istifadə edilib-edilmədiyini müəyyən etmənin mümükünlüyün bildirib.



Əsmətxanım Rzazadə



Telegram kanalımız