“Ümumiyyətlə heç bir avtomobili gün şüasının altında saxlamaq olmaz. Dəfələrlə olub ki, avtomobilə heç bir müdaxilə olmadan alışaraq yanıb”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış avtomobil təmirçisi Tural Rəhmanlı “Youtube”da yayımlanan “Künc Bucaq” verilişində danışıb.
O bildirib ki, Çin markalı nəqliyyat vasitələrinin sürücüləri bu məsələdə daha diqqətli olmalıdır: pizza
“Adicə maşında dezodorant, alışqan olan zaman partlama baş verə bilir. Ehtiyatsızlıqdan bu cür problemlərin olması mümkündür. Maşın günəşin altında qalanda salonun bəriləri tez sıradan çıxır. Digər tərəfdən Günəş şüaları avtomobilin boyasına da ziyandır. Bu, bütün avtomobillərə aiddir. Lakin Çin avtomobilləri batareya ilə təchiz olunduğu üçün, sürücülərə məsləhət görərdim ki, öz maşınlarına daha çox qayğı və diqqət göstərsinlər”.
Nazim Hacıyev
Telegram kanalımız