Avstraliya Milli Universitetinin kişilər və qadınların aşiq olma prosesləri ilə bağlı apardığı elmi araşdırmanın nəticələrindən bəhs edib. Tədqiqatda 33 müxtəlif ölkədən, 18-25 yaş aralığında olan 808 gəncin məlumatları analiz edilib.
“Yeni Sabah” xəbər verir ki, araşdırmaya görə, kişilər qadınlardan təxminən iki dəfə daha tez aşiq olurlar. Kişilər orta hesabla 4 həftə ərzində, qadınlar isə təxminən 2 ay ərzində aşiq olurlar. Ekspertlər həmçinin bildirirlər ki, münasibətlərdə ilk addımı atan və ilk aşiq olan tərəf adətən kişilər olur. Kişilər sürət baxımından öndə olsalar da, qadınlar eşqi daha intensiv və dərindən yaşayırlar. Qadınlar aşiq olma mərhələsində daha seçici və ehtiyatlı davransalar da, bağlandıqdan sonra duyğuları daha güclü olur.
Tədqiqat insanların ömürləri boyu neçə dəfə aşiq olduqlarını da araşdırıb. Kişilərin həyatı boyu orta hesabla 2.6 dəfə, qadınların isə 2.3 dəfə aşiq olduğu məlum olub. Bu da kişilərin sevgini bir az daha tez-tez təcrübə etdiyini göstərir. Sezar pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız