TEAS Press tərəfindən təşkil olunan Gənclərin III Roman Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Libraff mağazalar şəbəkəsinin “Park Akademiya”filialında baş tutan tədbirdə ədəbiyyatsevərlər, müəlliflər, media nümayəndələri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə aparıcı Aysel Zahidqızı açıb. Daha sonra müsabiqənin münsifləri - ədəbiyyatşünas, tərcüməçi, redaktor Seyfəddin Hüseynli, filologiya üzrə fəlsəfə doktoru, dosent Əminə İbrahimova və ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid çıxış edərək müsabiqəyə təqdim olunan əsərlər, seçim prosesi və gənc yazarların Azərbaycan ədəbiyyatına gətirdiyi yeni baxışlar haqqında fikirlərini bölüşüblər. pizza
Daha sonra müsabiqənin qalibləri elan olunub, qaliblərə mükafatları münsiflər təqdim edib. Müsabiqənin qalibləri aşağıdakı kimi müəyyənləşib:
I Yer – Vasif Zahidov – “Qaracağların köklərindəki pıçıltı” romanı
II Yer – Seymur Həmzəyev, “Gələn dəfə kral sənsən” romanı
III Yer – Zamiq Cəfərli, “Əncir ağacı” romanı
Qeyd edək ki, birinci yerin qalibinə 3000 manat və kitabın çap edilməsi, ikinci yerin qalibinə 2000 manat, üçüncü yerə isə 1500 manat pul mükafatı təqdim edilib.
Telegram kanalımız