Mədəniyyət Nazirliyi Qaradağ rayonunda yerləşən qədim karvansaraya (Səngəçal karvansarası) qanunsuz müdaxilə faktını təsdiqləyib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında qeyd olunub.


Xatırladaq ki, memarlıq abidəsinə müdaxilə barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Dominos pizza


Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları karvansaraya baxış keçirib.


Araşdırmalar zamanı müəyyən edilib ki, abidənin üzərindəki tarixi yazılar və damğalar qum-sement məhlulu ilə örtülərək zədələnib. Görülən operativ tədbirlər nəticəsində həmin müdaxilənin izləri təmizlənib, tarixi elementlərin üzərini örtən materiallar götürülərək abidənin ilkin vəziyyəti bərpa olunub.


Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi üzrə tədbirlər görülür, mədəni və təbii irs nümunələrinin qorunması qaydalarının pozulması ilə əlaqədar məsuliyyət məsələsi araşdırılır.


Səngəçal karvansarası XV əsrdə inşa edilib və tarixi İpək yolu üzərində tacir və səyyahların dayanacaq məntəqəsi kimi istifadə olunub.


Əsmətxanım Rzazadə



Telegram kanalımız