Bəzi çimərliklərə müvəqqəti məhdudiyyət tətbiq edilib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı monitorinqlər zamanı Türkan, Hövsan, Şıx və Sahil qəsəbələri, habelə Lənkəranın Aşağı Nüvədi, Sütəmurdov, Kiçik Bazar yaşayış məntəqələri və Xaçmazın Niyazoba ərazisində yerləşən çimərliklərdə dəniz suyunun mikrobioloji və kimyəvi göstəricilərinin normativ tələblərə cavab vermədiyi müəyyən edilib. pizza sifarişi


Əhalinin sağlamlığının qorunması məqsədilə qeyd olunan çimərliklərdə, eləcə də həmin ərazilərdəki qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunub.


Aytac Əliyeva



Telegram kanalımız