Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub.


“Yeni Sabah” Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.


Abdulla Abdullayev Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi təyin olunub. Marqarita pizza


FHN-dən Qaynarinfo-ya bildirilib ki, Ziya Əfsərov bir müddət əvvəl vəzifəsindən azad edilib.


Qeyd edək ki, polkovnik Ziya Əfsərov 2020-ci ildən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi idi.



Telegram kanalımız