Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. pizza sifarişi


Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.



Telegram kanalımız