Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Yeni Sabah" xəbər verir ki, saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində, eyni vaxtda Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrində işıq olmayacaq.
Telegram kanalımız