Azərbaycan Mərkəzi Bankı icbari sığorta qaydalarında dəyişikliklər hazırlayır.
"Yeni Sabah" APA-Economics-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ölkədə bir sıra icbari sığorta növləri üzrə təkmilləşdirmə işləri aparılır. pizza
V.Qurbanov bildirib ki, dəyişikliklər ilk növbədə icbari fərdi qəza sığortasını əhatə edir.
AMB rəsmisinin sözlərinə görə, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə də qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Vüsal Qurbanov bildirib ki, hazırda bu sığorta növündə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə müəyyən edilmiş sığorta limiti avtomatik bərpa olunan mexanizm əsasında fəaliyyət göstərir:
"Bir hadisə nəticəsində sığorta ödənişi həyata keçirildikdən sonra limit sıfırlanmır və yenidən əvvəlki həddə bərpa olunur. Bu, digər sığorta məhsullarından fərqlənən xüsusiyyətdir".
Onun sözlərinə görə, digər sığorta məhsullarında isə ödəniş həyata keçirildikdən sonra ümumi sığorta limiti verilmiş kompensasiya məbləği qədər azalır.
Telegram kanalımız