Bəzən evdə illərlə istifadə olunan adi bir əşya insanın həyatını tamamilə dəyişə bilir. ABŞ-də ana və qızın uşaqlıq xatirələri ilə bağlı köhnə bir ədyal da onları milyonlarla dollar gəlir gətirən biznesin sahibinə çevirib.
"Yeni Sabah" xəbər verir ki, ABŞ-li Kristina Livada və anası Bet Haller LaSala uşaqlıq illərində ailənin hamısının istifadə etmək istədiyi "Lamby" adlı yumşaq ədyaldan ilham alaraq "ChappyWrap" brendini yaradıblar.
Livadanın sözlərinə görə, bu ədyal uzun illər ailələrinin ən sevimli əşyalarından biri olub. Anası sonradan eyni keyfiyyətdə məhsul tapa bilmədiyi üçün öz ədyal markalarını yaratmaq qərarına gəlib. Marqarita pizza
Bet Haller LaSala 2006-cı ildə Bostonda şirkətin əsasını qoyub. Lakin istədiyi keyfiyyətdə istehsal edə biləcək müəssisəni ABŞ-də tapa bilmədiyi üçün Almaniyadakı toxuculuq fabriki ilə əməkdaşlığa başlayıb.
Kristina Livada isə 2018-ci ildə əvvəlki işindən ayrılaraq ailə biznesinə tam ştatlı qoşulub. Ana və qız 2019-cu ildə brendi yeniləyərək onlayn satışa üstünlük veriblər. Yeni sayt, fərqli ölçülərdə məhsullar və müasir qablaşdırma sayəsində marka qısa müddətdə geniş auditoriyaya çatıb.
Hazırda "ChappyWrap" 500 mindən çox ədyal satıb və səkkiz rəqəmli illik dövriyyəyə malik şirkətə çevrilib. Şirkətin gəlirlərinin son illərdə sürətlə artdığı bildirilir.
Bet Haller LaSala ötən il xərçəng xəstəliyindən vəfat etdikdən sonra şirkətin rəhbərliyini qızı Kristina öz üzərinə götürüb. Xanım müsahibəsində bildirib ki, onların məqsədi sadəcə yorğan satmaq deyil, insanların ailə xatirələrinin və ev istiliyinin bir hissəsinə çevrilməkdir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız