Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov 79 yaşında vəfat edib.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. 


Amin Novruzəli oğlu Novruzov 1960-cı illərin sonundan etibarən Azərbaycan kinosunun bir sıra məşhur filmlərində operator assistenti və ikinci operator kimi fəaliyyət göstərib.  Pepperoni pizza


1978-1983-cü illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində V.Yusovun emalatxanasında təhsil alıb.


Quruluşçu operator kimi "Musiqili xaş", "Cin mikrorayonda", "Süd dişinin ağrısı", "Bəxt üzüyü", "Özgə vaxt", "Ləqəbi "İKA"dır", "Arxada qalmış gələcək", "Yalan" filmlərini lentə alıb.


Amin Novruzov 2000-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.



Telegram kanalımız