Göy cisimlərinin hərəkəti bu həftə həyatın bir çox sahəsində yeniliklər və dəyişikliklər vəd edir. Merkuri Tərəziyə, Venera isə Əqrəbə keçəcək. Sentyabrın 11-də Qız bürcündə baş verəcək yeni ay isə yeni başlanğıclar üçün əlverişli şərait yaradacaq.


“Yeni Sabah” xəbər verir ki, məşhur astroloq Hande Kazanova 7-13 sentyabr həftəsi üçün bürclərə dair proqnozlarını açıqlayıb.


Astroloqun sözlərinə görə, həftənin ilk günləri yarımçıq qalan işləri tamamlamaq və mövcud prosesləri yekunlaşdırmaq üçün əlverişlidir. Həftənin əvvəlində Ayın Xərçəng bürcündə olması ailə, ev və şəxsi məsələləri ön plana çıxaracaq. pizza sifarişi


Sentyabrın 10-da Merkurinin Tərəziyə keçməsi ilə ikitərəfli münasibətlər, əməkdaşlıq və diplomatik danışıqlar sürətlənəcək. Eyni gün Veneranın Əqrəbə keçməsi isə sevgi və maliyyə məsələlərində ehtirası, qısqanclığı və güc mübarizəsini artıra bilər.


Sentyabrın 11-də Qız bürcündə baş verəcək yeni ay isə iş, gündəlik həyat, sağlamlıq və məhsuldarlıqla bağlı yeni qərarlar üçün əlverişli imkanlar yaradacaq.


Qoç və yüksələn Qoçlar - Həftəyə ailə və evlə bağlı məsələlərlə başlayacaqsınız. Merkurinin Tərəziyə keçməsi ilə münasibətlər, tərəfdaşlıq və əməkdaşlıq məsələlərində ünsiyyət artacaq. Veneranın Əqrəbə keçidi borc, alacaq və ortaq maliyyə məsələlərini gündəmə gətirəcək.


Qız bürcündəki yeni ay iş həyatınız, gündəlik rejiminiz və sağlamlığınızla bağlı planlı addımlar atmağınıza imkan verəcək. Həftəsonu münasibətlərdə gözləntilərinizi həddindən artıq yüksəltməməyə çalışın.


Buğa və yüksələn Buğalar - Yaxın ətrafınızla ünsiyyətin intensivləşəcəyi həftədir. Merkurinin Tərəziyə keçməsi iş mühitində kommunikasiya və işlərin sürətlənməsinə səbəb olacaq. Veneranın Əqrəbə keçməsi münasibətlərdə ehtirası artırsa da, qısqanclıq və nəzarət meylinə diqqət etmək lazımdır.


Qız bürcündəki yeni ay sevgi həyatı, hobbilər və övladlarla bağlı məsələlərdə mühüm qərarlar qəbul etmək üçün əlverişli şərait yaradacaq. Həftəsonu sosial çevrənizdən eşitdiyiniz xəbərlərə ehtiyatla yanaşın.


Əkizlər və yüksələn Əkizlər - Həftənin əvvəlində diqqətiniz maliyyə məsələlərinə yönələcək, daha sonra isə yaxın çevrəniz ön plana çıxacaq. Merkurinin Tərəziyə keçidi sevgi həyatınızı və yaradıcılıqla bağlı fəaliyyətlərinizi canlandıracaq.


Veneranın Əqrəbdə olması iş həyatında emosional gərginliklər yarada bilər. Qız bürcündəki yeni ay ev, ailə və yaşayışla bağlı məsələlərdə – xüsusilə köçmək, evdə dəyişiklik etmək və ailəvi qərarlar vermək baxımından əlverişli imkanlar yaradacaq. Həftəsonu dedi-qodulara əhəmiyyət verməyin.


Xərçəng və yüksələn Xərçənglər - Həftənin əvvəlində diqqətinizi öz ehtiyaclarınıza yönəldəcəksiniz. Merkurinin Tərəziyə keçməsi ailədaxili ünsiyyəti artıracaq. Veneranın Əqrəbə keçidi sevgi həyatınızda ehtirası gücləndirsə də, sizi daha nəzarətçi davranmağa sövq edə bilər.


Qız bürcündəki yeni ay satış, marketinq, təhsil və yaxın çevrə ilə münasibətlərdə yeni qərarlar və başlanğıclar üçün əlverişlidir. Həftəsonu ailənizin gözləntiləri ilə bağlı məyusluq yaşamamaq üçün diqqətli olun.


Şir və yüksələn Şirlər - Həftənin əvvəlində istirahətə ehtiyac duysanız da, enerjiniz qısa müddətdə yüksələcək. Merkurinin Tərəziyə keçməsi yaxın çevrəniz və təhsillə bağlı işlərinizi artıracaq.


Veneranın Əqrəbə keçidi ev və ailə münasibətlərində dəyişikliklərə səbəb ola bilər. Qız bürcündəki yeni ay birbaşa maliyyə sahənizə təsir edəcək. Gəlirin artırılması, büdcənin planlaşdırılması və maliyyə ilə bağlı yeni addımlar üçün əlverişli dövrdür.


Həftəsonu başqalarının maliyyə məsləhətlərinə düşünmədən əməl etməyin.


Qız və yüksələn Qızlar - Həftəyə sosial çevrənizlə bağlı məsələlərlə başlayacaq, daha sonra isə özünüzə qapanmaq ehtiyacı hiss edə bilərsiniz. Merkurinin Tərəziyə keçidi maddi gəlirlər və qazanc məsələlərini gündəmə gətirəcək.


Veneranın Əqrəbdə olması yaxın çevrənizlə münasibətlərdə sərhədlər qoymağın vacibliyini göstərir. Sentyabrın 11-də sizin bürcünüzdə baş verəcək yeni ay isə həyatınızın bir çox sahəsində yeni qərarlar qəbul etmək üçün güclü fürsət yaradacaq.


Sağlamlıq, münasibətlər və karyera ilə bağlı yeni addımlar ata bilərsiniz. Həftəsonu lazımsız xərclərdən uzaq durun.


Tərəzi və yüksələn Tərəzilər - Həftəyə karyera yönümlü başlayacaq, daha sonra sosial həyatınıza diqqət ayıracaqsınız. Merkurinin sizin bürcünüzə keçməsi ünsiyyət qabiliyyətinizi və planlaşdırma bacarığınızı gücləndirəcək.


Veneranın Əqrəbdə olması maliyyə sahəsində gəlirlərinizi artırmaq üçün imkanlar yarada bilər. Qız bürcündəki yeni ay isə daha çox daxili dünyanıza və arxa planda qalan məsələlərə təsir edəcək. Bu dövr yeni işə başlamaqdansa, pis vərdişlərdən uzaqlaşmaq və mənəvi baxımdan yenilənmək üçün daha uyğundur.


Əqrəb və yüksələn Əqrəblər - Həftəyə uzaqdan gələn xəbərlər və səyahət planları ilə başlayacaqsınız. Merkurinin Tərəziyə keçməsi bəzi planlarınızı hələlik gizli şəkildə inkişaf etdirməli olduğunuzu göstərir.


Veneranın sizin bürcünüzə keçməsi cazibənizi və sosiallaşmaq istəyinizi artıracaq. Münasibətlərdə ehtiras da güclənə bilər. Qız bürcündəki yeni ay sosial çevrəniz, dostluqlarınız və gələcəklə bağlı layihələriniz üçün yeni imkanlar yaradacaq.


Həftəsonu iş mühitində verilən istiqamətləndirmələrə diqqətlə yanaşın.


Oxatan və yüksələn Oxatanlar - Həftəyə maliyyə məsələləri ilə başlayacaqsınız. Daha sonra səyahət və təhsillə bağlı planlar sürətlənə bilər. Merkurinin Tərəziyə keçidi sosial çevrənizi genişləndirəcək və yeni dostluqlar gətirəcək.


Veneranın Əqrəbə keçməsi münasibətlərdə bir qədər özünüzə qapanmaq istəyinizi artıra bilər. Qız bürcündəki yeni ay isə karyera və gələcək hədəfləriniz üçün olduqca əhəmiyyətlidir. İş dəyişmək, yüksəlmək və ya karyera ilə bağlı mühüm qərarlar qəbul etmək üçün əlverişli zamandır.


Həftəsonu dost çevrəsində qısqanclıq və rəqabətə cəlb olunmayın.


Oğlaq və yüksələn Oğlaqlar - Həftə münasibətlər və ortaq işlərlə başlayacaq. Həftənin ortalarından etibarən maliyyə məsələləri ön plana çıxacaq. Merkurinin Tərəziyə keçməsi karyeranızda rəhbərlərlə və iş yoldaşlarınızla ünsiyyəti sürətləndirəcək.


Veneranın Əqrəbdə olması dost çevrənizdə daha seçici davranmağınıza və daha dərin münasibətlər qurmağınıza səbəb olacaq. Qız bürcündəki yeni ay səyahət, xaric, təhsil və hüquqi məsələlərdə yeni və məhsuldar başlanğıclar vəd edir.


Həftəsonu ev və ailə daxilində ünsiyyət problemlərinə diqqət edin.


Dolça və yüksələn Dolçalar - Həftəyə gündəlik işlərin çoxluğu ilə başlayacaqsınız, lakin sonradan diqqətiniz ikitərəfli münasibətlərə yönələcək. Merkurinin Tərəziyə keçməsi səyahət, təhsil və biznes imkanlarını artıracaq.


Veneranın Əqrəbdə olması karyeranızda daha intensiv və ehtiraslı iş tempinə səbəb ola bilər. Lakin həddindən artıq ambisiyalı davranmaqdan çəkinin.


Qız bürcündəki yeni ay ortaq maliyyə, kredit, borc və vergi məsələlərində yeni və məntiqli addımlar atmağınıza imkan verəcək. Həftəsonu sosial mediada eşitdiyiniz hər xəbərə inanmayın.


Balıq və yüksələn Balıqlar - Həftənin ortalarından etibarən iş və sağlamlıq məsələləri ön plana çıxacaq. Merkurinin Tərəziyə keçməsi ortaq maliyyə, borc və alacaq-verecek məsələlərinə diqqəti artıracaq.


Veneranın Əqrəbə keçməsi səyahət və akademik sahələrdə münasibətlərinizi gücləndirə bilər. Qız bürcündəki yeni ay isə birbaşa münasibətlər, evlilik və tərəfdaşlıq sahəsində baş verəcək.


Münasibəti növbəti mərhələyə daşımaq və ya bitirmək də daxil olmaqla, mühüm və net qərarlar qəbul edə bilərsiniz. Həftəsonu xərclərinizə nəzarət edin.


Aydan Hacı



Telegram kanalımız