ABŞ Prezidenti Donald Trampın səfərləri zamanı “McDonalds” kimi fast-food restoranlarına üstünlük verməsinin səbəbi açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri naziri Robert F.Kennedinin sözlərinə görə, Tramp yerli restoranlarda qida zəhərlənməsindən ehtiyat etdiyi üçün böyük fast-food şəbəkələrinə daha çox güvənir.
Kennedi “Net Positive” podkastında Trampın səfərləri zamanı qidalanma seçimlərindən danışıb. O bildirib ki, prezident təyyarəsində çoxlu sayda “McDonalds” yeməyi olur. Marqarita pizza
Nazirin sözlərinə görə, Tramp səfərlər zamanı milli restoran şəbəkələrindən alınan qidalara üstünlük verir. Bunun əsas səbəbinin isə yerli restoranda yemək yedikdən sonra qida zəhərlənməsi ehtimalından narahat olması olduğu bildirilib.
Kennedi qeyd edib ki, Trampın Ağ Evdə və Floridadakı “Mar-a-Lago” iqamətgahında qidalanması isə səfərlərdəkindən fərqlidir. Onun sözlərinə görə, prezident bu məkanlarda təzə və yerli məhsullardan hazırlanan yeməklər də yeyir.
Kennedi daha əvvəl də Trampın fast-food seçimindən danışıb. O, 2026-cı ilin fevralında Co Roqanın proqramında prezidentin səfərlər zamanı böyük restoran şəbəkələrinə üstünlük verməsini qida zəhərlənməsi qorxusu ilə əlaqələndirib.
Aydan Hacı
Telegram kanalımız