Şair- yazıçı Həmid Herisçi Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən seçki, Xalq artisti Şəfiqə Məmmədovanın sədr seçilməsi haqda şeir yazıb. “Yeni Sabah” həmin şeiri təqdim edir:


K(D)İNOZAVRLAR DİRİLDİLƏR


Bakını gözləriylə yeyir sürücülər pizza hut


Avtomobillərini saxlamağa


Yer axtarırlar.


Bakını gözləriylə yeyir


            Sürücülər.


Sonra, axırda ağzı qanli Quduz cücülər!


Bu şəhərdə qızıb, alışır


Bütün yarımötürücülər!


Kinomotoqrafçılar


Kinozavrı


Sədr seçdilər!


P. S. Qiyamət başladı


Cəlilin ölüləri,


Dinozavrlar


         Dirildilər.


Süjet bitdi.


           Filmini cəksinlər.



Telegram kanalımız