Hindistanın Mumbay şəhərində yerləşən metro stansiyalarından birində sərnişinlərin ictimai ərazilərə tüpürməsinin qarşısını almaq məqsədilə qeyri-adi qurğu quraşdırılıb.


“Yeni Sabah” xəbər verir ki, üzərində “Dünyanın ilk müəyyən edilmiş tüpürmə sahəsi” yazılan qurğu sərnişinlərin diqqətini çəkib.


“Məsuliyyətli olun” ifadəsinin də yer aldığı qurğu “Touchless Spit Bin” (“Təmassız tüpürmə qutusu”) adlandırılıb. Dominos pizza


Tətbiq ictimaiyyətdə birmənalı qarşılanmayıb.


Bəzi şəxslər ictimai yerlərə tüpürmənin qarşısını almaq üçün bunu praktik həll hesab etsə də, digərləri tüpürməni qadağan etmək əvəzinə bunun üçün xüsusi yer yaradılmasını tənqid edib.


Aydan Hacı 



Telegram kanalımız