Sosial şəbəkələrdə Qurban Əliyev adlı vətəndaş Azərbaycan Beynəlxalq Bankının (ABB) tutduğu komissiya haqqı və müştəri xidmətlərinin fəaliyyəti ilə bağlı kəskin narazılığını bəyan edib.


Müraciət müəllifi bildirib ki, hər həftə müntəzəm olaraq həyata keçirdiyi standart bank əməliyyatı zamanı Bank tərəfindən gözlənilmədən 5 manat məbləğində əlavə komissiya tutulub.


“Yeni Sabah” xəbər verir ki, şikayətçi əməliyyatın hər hansı qanunsuz mərc saytı və ya riskli platforma ilə bağlı olmadığını, tutulan məbləğin vergi və ya komissiya adı altında əvvəlcədən xəbərdarlıq edilmədən silindiyini vurğulayıb. pizza


Məsələ ilə bağlı bankın operatoru ilə əlaqə saxlayan müştəriyə əməliyyatın uğurla icra olunduğu bildirilsə də, gizli komissiyanın səbəbi aydınlaşdırılmayıb. Mütəmadi əməliyyat aparan vətəndaşlar bankların tarifi dəyişdirərkən müştəriləri xəbərdar etməməsini və dəyişiklikləri sonradan "nizamnamə şərtləri" ilə əsaslandırmağa çalışmasını ciddi qayda pozuntusu kimi qiymətləndirirlər.


Nazim Hacıyev



Telegram kanalımız