Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.


"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.


Sərəncamda deyilir: pizza


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:


1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılsın.


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


2.1. Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etsin;


2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".



Telegram kanalımız