"Real TV"nin baş direktoru Mirşahin Ağayev Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib.


“Yeni Sabah” xəbər verir ki, o, mərhum müğənninin xatirəsinin uzun illər yaşayacağını vurğulayıb.


M.Ağayev qeyd edib: “Ölmək” və “dünyadan getmək” eyni anlayış deyil. “Ölmək” bir andır. “Dünyadan getmək” isə çox uzun bir prosesdir. O proses doğulan saniyədən başlayır, öləndən sonra da illər, əsrlər boyu davam edir. Bəlkə də, dünyadan getmək heç mümkün olmur… pizza mizza


Məsələn, ən gözəl səsli müğənnilərimizdən biri Zaur Rzayev... O öldü. Amma dünyadan getməyə yeni başladı. Çox uzun bir yola çıxdı. Heç vaxt gedib sona çata bilməyəcək. Heç vaxt!”


Xatırlada ki, Xalq artisti Zaur Rzayev oktyabrın 29-da, axşam saatlarında dünyasını dəyişib.


Aydan Hacı 



Telegram kanalımız