Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib.


"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.


Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub. pizza mizza


Sumqayıt Regional Mərkəzinin boş qalan rəis vəzifəsinə isə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev təyin edilib.


Vüqar Ağayev artıq Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində yeni vəzifəsinin icrasına başlayıb.



Telegram kanalımız