Bazarlarda soğanın qiyməti artıb. Paytaxt bazarlarında piştaxtalarda soğanın qiyməti 1 manata qədər yüksəlib.


Satıcılar ötən ilin indiki dövrü ilə müqayisədə artımın olduğunu deyirlər. Topdan satış bazarlarında 1 kisə soğan 25 manata təklif olunur.


Satıcıların fikrincə, bahalaşmaya səbəb məhsulun azlığıdır. pizza hut


Bölgələrdə də qiymət artımı olduğu deyilir. Bərdə bazarında 1 kiloqram soğanın qiyməti təxminən 60-70 qəpik arasında dəyişir.


Qırmızı soğan isə alıcılara ortalama 1 manata təklif olunur.//Xəzər TV



Telegram kanalımız