Noyabr ayında Azərbaycanda 11 gün qeyri-iş günü olacaq.


"Yeni Sabah" xəbər verir ki, bu, beşgünlük iş həftəsi ilə çalışanlara aiddir.


Noyabrın 8-də Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Toyuqlu pizza


Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl 4 gün iş olmayacaq. İşçilər noyabrın 11-də işə çıxacaqlar.


Noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün digər istirahət günləri də şənbə və bazar günlərinə təsadüf edir.


Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə noyabr ayında ümumilikdə 7 gün qeyri-iş günü nəzərdə tutulub.


Noyabrın 12-də qeyd olunan Konstitusiya Günü və noyabrın 17-də qeyd olunan Milli Dirçəliş Günü iş günü hesab edilir.



Telegram kanalımız