Qobustan körpüsünün bir hissəsində tikinti işlərinə başlanılır.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.


Bildirilib ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin Bakı istiqamətində sökülərək yenidən inşasına başlanılacaq. pizza


Tikinti işləri ilə əlaqədar həmin hissədə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.


Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.


Aytac Əliyeva



Telegram kanalımız