Bu gün Azərbaycanda qısa iş günü deyil.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) məlumat yayıb.


“Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. pizza sifarişi


6 noyabr qeyd olunan günlərin ərəfəsinə təsadüf etmədiyindən, həmin tarix qısaldılmış iş günü hesab edilmir”, - rəsmi məlumatda bildirilib.


Qeyd edək ki, bu gün bir sıra media resurslarında 6 noyabrın Azərbaycanda qısa iş  günü olmasına dair məlumatlar yayılıb.



Telegram kanalımız