Bir neçə günlük mülayim hava şəraitindən sonra noyabrın 15-dən etibarən Azərbaycanda hava kəskin dəyişəcək. Temperaturun 5-10 dərəcə aşağı düşəcəyi, bəzi ərazilərdə intensiv yağış, dolu və qar yağacağı gözlənilir.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntı yağacaq. Şimal-qərb küləyi arabir güclənəcək. İnternet mağaza


Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.


Noyabrın 15-i axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarında başlayacaq yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.


Qeyri-sabit hava şəraiti çaylarda sululuğun artmasına da səbəb ola bilər. Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi istisna edilmir.


Qeyd edək ki, qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.


Aytac Əliyeva



Telegram kanalımız