Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib.


Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Online shopping Azərbaycan


Oktyabrın 30-da keçirilmiş Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlərin icrası, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib.


Ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.



Telegram kanalımız