Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.


"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, bu dəfə o, sağlamlığa zərər vurmaqda ittiham olunur.


A.Məmmədov barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Online shopping Azərbaycan


Keçmiş vəkil istintaqdan gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq axtarışa verib.


A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədov sonradan ölkədən gedib.


 



Telegram kanalımız