2027-ci ildə 52 dövlət müəssisəsinin dövlət büdcəsinə ümumilikdə 918 milyon manat dividend ödəməsi proqnozlaşdırılır.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2027-ci il üzrə proqnozlaşdırılan büdcə gəlirlərinə dair məlumatında bildirilib.
Proqnoza əsasən, nəzərdə tutulan 918 milyon manatlıq daxilolmanın 872 milyon manatı xalis dividend, 46 milyon manatı isə dividend vergisi hesabına formalaşacaq. Online alış-veriş
Beləliklə, gələn il dövlət müəssisələrindən büdcəyə əhəmiyyətli həcmdə vəsait daxil olması gözlənilir.
Aytac Əliyeva
Telegram kanalımız